Təklif edilənlər
Rəylər
Məlumat
Mahnıİndi məndən küs görüm
İfaçıİlkin Əhmədov
JanrAzərbaycan pop
Dinlənmə10
Yüklənmə12
Müddət6:29
Paylaşılıb18 Oktyabr
Sözlər
İlkin Əhmədovun ifa etdiyi "İndi məndən küs görüm" mahnısının sözləri (müəllifi Ələmdar Quluzadə, musiqisi Məhəbbət Kazımovdur):
Gözlərim bulud kimi, sellərini axıdar,
Yersiz, umur küsür, dağlar boyda dağ olar.
Küləyi öyrədərəm, tellərini dağıdar,
İndi məndən küs görüm,
İndi məndən küs görüm,
Yersiz umub küs görüm,
Dağlar boyda dağ olar.
Biz üz-üzə gələndə, qəhərlənib çaşarsan,
Gözümün qabağında od tutub alışarsan.
Gördüyün yuxuları qızlara danışarsan,
İndi məndən küs görüm.
Sükut olub sakitcə yanından ötüşərəm,
Saçı saçından uzun söyüdlə öpüşərəm.
Nəğməmi eşidəndə mən yadına düşərəm,
İndi məndən küs görüm.
Gözlərim bulud kimi, sellərini axıdar,
Yersiz, umur küsür, dağlar boyda dağ olar.
Küləyi öyrədərəm, tellərini dağıdar,
İndi məndən küs görüm,
İndi məndən küs görüm,
Yersiz umub küs görüm,
Dağlar boyda dağ olar.
Biz üz-üzə gələndə, qəhərlənib çaşarsan,
Gözümün qabağında od tutub alışarsan.
Gördüyün yuxuları qızlara danışarsan,
İndi məndən küs görüm.
Sükut olub sakitcə yanından ötüşərəm,
Saçı saçından uzun söyüdlə öpüşərəm.
Nəğməmi eşidəndə mən yadına düşərəm,
İndi məndən küs görüm.



















