Təklif edilənlər
Rəylər
Məlumat
MahnıAla gözlər
İfaçıSəməd Vurğun
Janr—
Dinlənmə0
Yüklənmə0
Müddət3:15
Paylaşılıb27 Oktyabr
Sözlər
Yenə qılıncını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər. Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyala gözlər.
Başımdan getmişdi sevdanın qəmi, Xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü, deyin, yenəmi Çəkdiniz sorğuya, suala, gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan, Könlüm ayrı gəzir can sirdaşımdan; Dağıdır huşumu alır başımdan Süzülüb gedəndə xəyala gözlər.
Gərdənin minadır, boyun tamaşa, Ay da həsəd çəkir o qələm qaşa. Bir cüt ulduz kimi verib baş-başa, Yanıb şölə salır camala gözlər.
Mənim sevgilimdir o gözəl pəri, Qoy üzə vurmasın keçən günləri. Mən qədirbilənəm əzəldən bəri, Sizinlə yetmişəm kamala, gözlər.