musiqi.net — reklamsız, sürətli və yüngül sosial musiqi platformasıdır. Musiqi dinlə, kəşf et, bəyən, paylaş; ifaçıları izlə, mesajlaş və öz musiqilərini yüklə. Sayt telefonda tətbiq kimi də quraşdırıla bilər (aşağıda təlimat var).
Saytın funksiyaları
Musiqi dinləmə (player)
Sabit player — səhifələr arasında keçəndə musiqi kəsilmir. Play/pause, növbəti/əvvəlki, təkrar, qarışdır, səs, irəli-geri sarma. Ekran bağlı olanda da oxuyur.
Trend • İzlənilən • Son dinlənilənlər
Ana səhifədə üç tab: ən çox dinlənənlər, izlədiyin ifaçıların yeni musiqiləri və son dinlədiklərin.
Axtarış
İfaçı, mahnı adı və ya janr üzrə axtar.
Musiqi yükləmə
Alt menyudakı Yüklə ilə öz musiqini paylaş. Ad, ifaçı, janr və şəkil lazımdır. Eyni fayl bir dəfə yüklənir (dublikat qorunması).
Bəyənmə, yadda saxlama, playlist
Musiqiləri bəyən, sonra üçün yadda saxla və öz playlistlərini yarat.
İzləmə və profil
İfaçı/istifadəçiləri izlə, onların profilini və musiqilərini gör, öz profilinə mahnı və statistika topla.
Rəy və mesajlaşma
Musiqilərə rəy yaz, cavab ver. Şəxsi çatda mətn, şəkil, səs və birdəfəlik (açıldıqdan sonra məhv olan) şəkil göndər.
Bildirişlər
Bəyənmə, rəy, izləmə və mesajlar üçün bildiriş al. Tətbiqi quraşdırsan, push bildirişlər telefonun ekranına da düşür.
Paylaşma
İstənilən musiqini WhatsApp, Telegram vasitəsilə və ya linki kopyalayaraq paylaş. Link login-siz də açılır.
Şikayət və müəllif hüququ
Müəllif hüququnu pozan musiqi görsən, hər musiqinin altındakı Şikayət et ilə sübutla bildir. Qaydalar: İstifadə qaydaları.
Tema
Tünd və açıq tema arasında keç (Ayarlar → Tema). Seçimin yadda saxlanılır.
Tətbiqi necə quraşdırım? (PWA)
Musiqi.net-i telefonuna və ya kompüterinə tətbiq kimi quraşdıra bilərsən — APK/Play Store lazım deyil. Nə qazandırır:
🏠 Ana ekranda ikon🖥️ Tam ekran🎧 Ekran bağlı olanda musiqi🔔 Push bildirişlər⚡ Sürətli açılış
📱 Android (Chrome / Edge):
Telefonun brauzeri ilə musiqi.net saytına gir.
Bir neçə saniyə sonra aşağıda "Musiqi.net-i tətbiq kimi quraşdır" banneri çıxır → Quraşdır düyməsinə vur.
Banner çıxmazsa: brauzerin ⋮ menyusunu aç → "Tətbiqi quraşdır" (və ya "Ana ekrana əlavə et").
🍎 iPhone / iPad (Safari):
Safari-də musiqi.net saytına gir.
Ekranın altındakı Paylaş⬆️ düyməsinə vur.
Siyahıdan "Ana ekrana əlavə et" seç və Əlavə et.
Qeyd: iPhone-da tətbiqlər yalnız Safari vasitəsilə quraşdırılır — Chrome/Firefox dəstəkləmir.
💻 Kompüter (Chrome / Edge):
Ünvan sətrinin sağındakı ⊕ (Quraşdır) ikonuna vur — ya da menyu → "Tətbiqi quraşdır".
Təsdiqlə — tətbiq ayrı pəncərədə açılacaq.
Quraşdırdıqdan sonra tətbiqi ana ekrandan/adətən olduğu kimi aç — musiqi fon rejimində də davam edəcək. Bildirişlər üçün brauzer soruşanda "İcazə ver" et.
Tez-tez verilən suallar
Musiqi necə yükləyirəm?
Alt menyudakı Yüklə düyməsi ilə. Ad, ifaçı, janr və şəkil lazımdır. Eyni fayl bir dəfə yüklənir.
Bildiriş gəlmir, nə edim?
Brauzer bildiriş icazəsini yoxla (sayt üçün "İcazə ver"), tətbiqi quraşdır. Ayarlar → Mesaj ayarları/onlayn statusun da təsir edir.
Musiqi açılmır / donur?
İnternet bağlantısını yoxla, səhifəni yenilə (brauzer keşini təmizlə). Problem davam edərsə bizə yaz.
Müəllif hüququ şikayəti
Hər musiqidə Şikayət et — sübut yüklə, admin baxışından sonra qərar verilir. Ətraflı: İstifadə qaydaları.
Sualın var? Ayarlar → Şikayətlərim bölməsindən və ya bir musiqinin altındakı "Şikayət et" düyməsindən bizə yaza bilərsən.